İran məhkəməsi azərbaycanlılarla bağlı hökmü təsdiqlədi


Digərləri 20 Avq 2018 17:18:00 251 0

İran məhkəməsi azərbaycanlılarla bağlı hökmü təsdiqlədi

Güney Azərbaycanda "Fitilə" hadisələri ilə əlaqədar tutulan 3 milli fəalın apelyasiya məhkəməsinə baxılıb.

Son.az axar.az-a istinadən xəbər verir ki, avqustun 18-də keçirilən apelyasiya məhkəməsində azərbaycanlı fəallar Beytullah Bərzgər, Sina Qurbani Ərşad və Siyamək Qardaşi haqqında birinci instansiya məhkəməsinin çıxardığı hökm təsdiqlənib.

Qərara əsasən, şallaq hökmü və həbs cəzası qüvvədə qalmaqla hökmün icrası şərti olaraq 3 il müddətinə təxirə salınır. 3 il müddətində fəalların hər hansısa bir oxşar hadisələrlə əlaqəsi olarsa, verilən hökm icra olunacaq.