Qazaxıstan Rusiyadan benzin idxalını məhdudlaşdırır


Digərləri 20 Avq 2018 17:04:00 224 0

Qazaxıstan Rusiyadan benzin idxalını məhdudlaşdırır

Qazaxıstan dəmir yolu ilə Rusiyadan benzin idxalına qadağa qoyur. 

Son.az bildirir ki, Report-un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bununla bağlı Qazaxıstanın energetika naziri Kanat Bozumbayev əmr imzalayıb. 

Əmrə əsasən, qadağa avqustun 25-dən qüvvəyə minəcək və 3 ay davam edəcək. Məqsəd ölkənin neft məhsulları bazarını əlavə yüklənmədən qorumaqdır.