Lənkəranda dəniz sahilindən tank əleyhinə mina tapıldı


Digərləri 20 Avq 2018 16:56:00 247 0

Lənkəranda dəniz sahilindən tank əleyhinə mina tapıldı

Lənkəran rayonunda dəniz sahilindən tank əleyhinə mina tapılıb.

Son.az bildirir ki, bu barədə Report-a Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 08:10-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Lənkəran rayonu, dəniz sahili ərazisində 1 ədəd minanın tapılması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Lənkəran rayon Polis şöbəsinin və Sahil Mühafizə xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.


Xəbərə aid fotolar