Lənkəranda dəniz sahilində tank əleyhinə mina tapılıb


Digərləri 20 Avq 2018 16:58:40 186 0

Lənkəranda dəniz sahilində tank əleyhinə mina tapılıb

Minanın tapıldığı yerin ətrafında 1 500 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Bakı. Lənkəranda dəniz sahilində tank əleyhinə mina tapılıb. ANAMA-dan Trend-ə verilən məlumata görə, bu gün saat 07:59-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 08:10-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Lənkəran rayonu, dəniz sahili ərazisində 1 ədəd minanın tapılması barədə məlumatlar daxil olub. Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Lənkəran rayon Polis şöbəsinin və Sahil Mühafizə xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.