Azərbaycan Gürcüstan mallarını ən çox alan ölkədir


Digərləri 20 Avq 2018 15:56:00 260 0

Azərbaycan Gürcüstan mallarını ən çox alan ölkədir

Gürcüstan bu ilin yanvar-iyul aylarında Azərbaycana 251,8 mln. ABŞ dolları dəyərində mal ixrac edib. 

Son.az bildirir ki, Report-un gürcü mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə qonşu ölkənin Milli Statistika Xidmətinin açıqlamasında bildirilir. 

Məlumata görə, hazırda Azərbaycan Gürcüstan mallarını ən çox alan ölkədir. Növbəti yerlərdə 240,8 mln. dollarlıq göstərici ilə Rusiya, 172,6 mln. dollarlıq göstərici ilə isə ABŞ və Türkiyə qərarlaşıb.