Rövşən Rzayev: “Məcburi köçkünlərin sosial problemlərinin həlli daim diqqət mərkəzində saxlanılır”


Digərləri 20 Avq 2018 15:40:00 293 0

Rövşən Rzayev: “Məcburi köçkünlərin sosial problemlərinin həlli daim diqqət mərkəzində saxlanılır”

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib.

Dövlət Komitəsindən Son.az-a verilən məlumata görə, iclasda çıxış edən qurumun sədri Rövşən Rzayev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə hərtərəfli və davamlı inkişafının təmin edildiyini, aparılan islahatların xalqın mənafeyinə tam cavab verdiyini, dövlətin daim öz vətəndaşının yanında olduğunu və qayğısını çəkdiyini diqqətə çatdırıb.

R.Rzayev deyib ki, məcburi köçkünlərin sosial problemlərinin həlli daim diqqət mərkəzində saxlanılır.