ABŞ səfirliyinə hücumla bağlı ilk açıqlama:


Digərləri 20 Avq 2018 14:36:00 257 0

ABŞ səfirliyinə hücumla bağlı ilk açıqlama:

ABŞ-ın Ankaradakı səfirliyinin binasına səhər saatlarında təşkil edilən hücumla bağlı Ədalət və İnkişaf Partiyasından açıqlama gəlib.

Son.az bildirir ki, partiyanın mətbuat katibi Ömər Çelik silahlı hücumun təxribat olduğunu açıqlayıb.

"Bundan kiminsə şübhəsi olmasın: Türkiyədə işləyən xarici missionerlər, səfirlər dövlətimizin zəmanəti altındadır. Diplomatik fəaliyyətlərini davam etdirənlər millətimizin qonaqlarıdırlar. Hər növ təhlükəsizlik tədbirlərinin təmin edilməsi mövzusunda həssaslıq göstərəcəyik. Türkiyə təhlükəsiz ölkədir" -, sözçü bildirib.