"Rast" qrupuna gələndə musiqi təhsili yox idi" —


Şou-biznes 20 Avq 2018 14:20:00 419 0

"Rast" qrupuna gələndə musiqi təhsili yox idi" —

"Rast" qrupunun bədii rəhbəri, əməkdar artist Rəşad Haşımov "Sevilənlər" proqramında qonaq olub.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, tanınmış musiqiçi övladları,  sənətə gəlməsi və rəhbərlik etdiyi qrupu yaratmasıyla bağlı xatirələrini bölüşüb. Musiqiçi həmçinin Sevda Ələkbərzadənin qrupu tərk etməsindən də danışıb:

"Sevda Ələkbərzadə qrupa gələndə 14-15 yaşı vardı, musiqi təhsili yox idi. Bacısı Elmira Ələkbərzadə ilə tələbə yoldaşı olmuşduq. Sevda bizim qrupda püxtələşdi. Xeyli işlər gördük və axıra yaxın hiss etdik ki, alınmır, dincəlməyə ehtiyac var. Dedik ki, bir-birimizi niyə aldadaq? Sanki hər şey tükənmişdi. Ümumiyyətlə, bəzən işində fasilə verməlisən, öz imkanlarını qiymətləndirməlisən, imkanlara yenidən baxmalısan. O gedəndə hamı şokda idi. Ancaq biz çox səmimi, dostcasına yollarımızı ayırdıq. Çoxları gözləyirdi ki, aramızda qalmaqal olacaq".

R.Haşımov övladları barədə də söz açıb: