Rusiya helikopter daşıyan gəmi inşa etməyəcək


Digərləri 20 Avq 2018 14:02:00 259 0

Rusiya helikopter daşıyan gəmi inşa etməyəcək

Rusiya helikopter daşıyan gəmi inşa etməyəcək

Bakı. Ceyhun Ələkbərov - Rusiya Hərbi Dəniz Donanması üçün helikopter daşıyan gəmi inşa etməyəcək. Trend-in məlumatına görə, bu barədə "İnterfaks"a müsahibəsində sənaye və ticarət naziri Denis Manturov bildirib. Rusiyada Hərbi Dəniz Donanması üçün təyyarə daşıyan gəminin tikintisinə gəlincə, o qeyd edib ki, hazırda həmin məsələ müzakirə mərhələsindədir: “Lakin əminliklə deyə bilərəm ki, vertolyot daşıyan gəmi inşa olunmayacaq”. Bununla belə, D.Manturovun sözlərinə görə, Rusiya Hərbi Dəniz Donanmasının tərkibində helikopter daşıya bilən gəmilər olmalıdır: “Söhbət helikopter meydanı olan aviadaşıyıcı kreyserdən, həmçinin vertolyotların desantları düşürtməsi üçün şəraiti olan desant gəmilərindən gedir”.