Qayınatasını yaraladı, qayınanasını güllələdi,


Digərləri 20 Avq 2018 13:42:00 279 0

Qayınatasını yaraladı, qayınanasını güllələdi,

Rusiyanın paytaxtı Moskvannın şərqində, Xabarovsk küçəsindəki binalardan birində qanlı cinayət törədilib.

Son.az Life-a istinadən bildirir ki, srağagün axşam saatlarında arvadı ilə dalaşan ər onu döyüb. Qadın atası evinə yollanıb. Səhər saatlarında isə o, atası və anası ilə qayıdaraq "Əşyalarımı götürməliyəm" deyib.

Ər çılğına dönüb. O, tapançanı götürərək, qayınatasına və qayınanasına atəş açıb. Onun arvadı isə qaçaraq canını qurtara bilib.