Ermənilər Tbilisidə qəzaya düşdülər


Digərləri 20 Avq 2018 13:34:00 211 0

Ermənilər Tbilisidə qəzaya düşdülər

Gürcüstanın paytaxtı Tbilisidə bu gecə baş verən ağır yol qəzasında Ermənistanın 8 vətəndaşı ciddi xəsarət alıb.

Son.az azvision.az-a istinadən bildirir ki, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, gecə saat 02:58 radələrində Tbilisinin "Pravaya Naberejnaya" küçəsində "Mercedes Minivan" və "Mercedes CLK" markalı iki avtomobil toqquşub. Nəticədə "Mercedes Minivan"da olan 8 erməni ağır xəsarət alaraq Tbilisidəki 5 müxtəlif xəstəxanaya yerləşdiriliblər. Yaralanan ermənilərdən biri 7 yaşlı uşaqdır. 

"Mercedes CLK" markalı avtomobilin sürücüsü isə Gürcüstanın 46 yaşlı vətəndaşı Oleq Omarovdur.