Ötən həftə Bakıda yol qəzalarında 4 nəfər ölüb


Digərləri 20 Avq 2018 13:22:00 256 0

Ötən həftə Bakıda yol qəzalarında 4 nəfər ölüb

Ötən həftə Bakı şəhəri üzrə 21 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Son.az bildirir ki, bu barədə Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin Yol hərəkətinin təhlükəsizliyinin təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, yol-nəqliyyat hadisələri nəticəsində 4 nəfər ölüb, 33 nəfər isə müxəlif xəsarətlər alıb.

Bölmə rəisinin sözlərinə görə, əvvəlki həftə ilə müqayisədə ötən həftə 4 yol qəzası, 1 ölüm faktı, 7 xəsarət azalıb.