Rüfət Dadaşov poker etdi


İdman 20 Avq 2018 12:44:00 301 0

Rüfət Dadaşov poker etdi

Millimizin sabiq üzvü Rüfət Dadaşov Almaniyada qollarını sıralayır.

Goal.az-ın xəbərinə görə, Almaniya üçüncü Bundesliqasında mübarizə aparan "Proyssen"də çıxış edən 26 yaşlı hücumçu Federasiya kubokunda "Şyüren"a ilə keçirilən görüşdə pokerlə yadda qalıb.Dadaşov 7:0 hesabı ilə qalib gəldikləri görüşün 35, 61, 71 və 80-ci dəqiqələrində rəqib qapısına yol tapıb.

Xatırladaq ki, Rüfət Dadaşov Azərbaycan millisində almaniyalı sabiq baş məşqçi Berti Foqtsun vaxtında çıxış edib və 16 oyunda 4 qol vurub.