Azərbaycan şəhidləri Kərbəlada İmam Hüseyn hərəmində tanıdıldı


Digərləri 20 Avq 2018 12:50:00 305 0

Azərbaycan şəhidləri Kərbəlada İmam Hüseyn hərəmində tanıdıldı

Azərbaycandan yola çıxan "Ərəfə" karvanı avqustun 18-si Kərbəlaya çatıb. Zəvvarlarımız Azərbaycaycan bayraqları və şəhidlərimizin şəkilləri ilə keçirdikləri yürüşlə ilk ziyarətinə başlayıblar.

Son.az salamnews-a istinadən xəbər verir ki, avqustun 19-u isə İmam Hüseynin (ə) müqəddəs hərəmində artıq ənənə halına düşmüş xüsusi məclis təşkil olunub. Məclis Azərbaycanın tanınmış qarisi hacı Ruslan Qasımovun Qurani-Kərimin tilavəti ilə başlayıb.

Daha sonra ilahiyyatçı Hacı Şahin Həsənli çıxış edib. Hərəmin əsas minbərində zəvvarlar qarşısında xütbə söyləyən ilahiyyatçı Kərbəla hadisəsinin mahiyyətindən söz açıb. Xütbənin ardınca tanınmış Əhli-Beyt məddahı Seyid Peyman Boradigahi növhə və mərsiyyələr oxuyub.


Xəbərə aid fotolar