Ronaldonun gedişi Real Madrid azarkeşlərinin sayına təsir etdi


İdman 20 Avq 2018 12:29:00 264 0

Ronaldonun gedişi Real Madrid azarkeşlərinin sayına təsir etdi

Real Madrid-in Kriştianu Ronaldonun iştirakı olmadan keçirdiyi ilk rəsmi ev oyununda azarkeş sayında antirekord qeydə alınıb.

Goal.az xəbər verir ki, La Liqanın I turunda “kral klubu”nun “Xetafe”ni 2 cavabsız qolla məğlub etdiyi görüşü 48466 nəfər tribunadan izləyib. Bu isə son 10 mövsümün ən aşağı göstəricisidir.

Sonuncu dəfə bu cür aşağı göstərici 2009-cu ilin mayında qeydə alınıb. Real Madrid-in “Santyaqo Bernabeu”da Mallorca”ya 1:3 hesabı ilə uduzduğu matça 45 min azarkeş gəlib.

Qeyd edək ki, “Santyaqo Bernabeu”nun tutumu 81044 nəfərlikdir.