Rusiya səfiri: Multikulturalizm və tolerantlıq Azərbaycanın nüfuzunu daha da yüksəldir


Digərləri 20 Avq 2018 12:36:00 176 0

Rusiya səfiri: Multikulturalizm və tolerantlıq Azərbaycanın nüfuzunu daha da yüksəldir

Multikulturalizm və tolerantlıq Azərbaycanın nüfuzunu daha da yüksəldir

Bakı. Ənvər Məmmədov - Multikulturalizm və tolerantlıq Azərbaycanın nüfuzunu daha da yüksəldir. Trend-in məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı yeni səfiri Mixail Boçarnikov mətbuat konfransında deyib. Səfir qarşıdan gələn Qurban bayramı ilə bağlı öz təbriklərini çatdırıb: “Bu, hər kəsi sevgi və mərhəmət ideallarında tərbiyə edən böyük bayramdır. Mən Azərbaycandakı fəaliyyətimə yenicə başlayanda Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadənin çıxışını eşitdim. O qeyd edirdi ki, Azərbaycanda müsəlmanlar bərabər hüquqlardan, multikulturalizm və tolerantlığın üstünlüklərindən yararlanır. Mən bunu eşitməkdən çox məmnunam. Multikulturalizm, tolerantlıq Azərbaycanın beynəlxalq nüfuzunu artıran amillərdəndir. Ona görə də mən hamını qarşıdan gələn bayram münasibətilə təbrik etmək, hər kəsə mehribanlıq, sağlamlıq, xoşbəxtlik və rifah arzu etmək istəyirəm”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin