Yol qəzasında ölən şəxsin yaxınları axtarılır - FOTO


Digərləri 20 Avq 2018 12:24:00 201 0

Yol qəzasında ölən şəxsin yaxınları axtarılır - FOTO

Avqustun 19-da həmin şəxs Quba RMX-da vəfat edib.

Bakı. Qubada yol qəzasında ölən şəxsin yaxınları axtarılır. DİN mətbuat xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, avqustun 17-də Quba şəhəri ərazisində yol nəqliyyat hadisəsi nəticəsində xəsarət almış naməlum kişi tapılıb, dərhal Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Avqustun 19-da həmin şəxs Quba RMX-da vəfat edib.