Uğursuz oğru metronu "iflic" etdi


Digərləri 20 Avq 2018 11:56:00 275 0

Uğursuz oğru metronu "iflic" etdi

ABŞ-ın Nyu-York şəhərində oğru metronun fəaliyyətində fasiləyə səbəb olub.

Son.az New York Post-a istinadən bildirir ki, 35 yaşlı kişi Brayton səmtindəki küçələrdən birində addımlayan qızın (Louis Vuitton) çantasını qapmağa çalışıb. Lakin qızın yaxınlığındakı dostları və polis nəfəri oğrunu qorxudub. O, polisdən qaçaraq 10 məhəllə qət eddib, metroya düşüb. Perronda ayağı burxulan şəxs relslərin arasına yıxılıb.

Polislər onu xilas etməyə çalışsalar da, artıq gec idi. Uğursuz oğru relsdəki yük gərginlikli elektrikdən həlak olmuşdu.