A Seriyasında 1,14 milyard avroluq transfer


İdman 20 Avq 2018 11:55:00 281 0

A Seriyasında 1,14 milyard avroluq transfer

İtaliya A Seriyasında iştirak edən 20 komanda bu yay mövsümündə transfer pəncərəsində 1,14 milyard avro xərcləyib.

Goal.az xəbər verir ki, oyunçuların transferin qiymətlərinə görə Seriya A-da ən çox pul xərcləyən komanda Juventus klubudur. Klub rəhbərliyi transferə 250 milyon avro pul ayırıb. Turin komandası portuqaliyalı Kriştiano Ronaldonu (100 milyon avro), Joao Kanselonu (40 milyon avro), Duqlas Kostanı (40 milyon avro) və Leonardo Bonucini (35 milyon avro) sıralarına qatıb.

Roma klubu bu siyahıda ikincidir. O, transferlərə 136 milyon avro xərcləyib.

Bu il İtaliya klubları yalnız İngiltərə Premyer Liqa (1,43 milyard avro) komandalarından geri qalır.

Ümumilikdə, bu yay mövsümündə İtaliya A Seriyasında 3317 transfer qeydə alınıb. Bunlardan 62,3 faizində klublar azad agent statusu daşıyan futbolçularla müqavilə bağlayıblar. Keçidlərin 16 faizi icarə əsasında olduğu halda, 11,6 faizində klublar öz aralarında razılıq sözləşməsi imzalayıb. Nəhayət, 10,1 faiz icarədən geri qaytarılanların payına düşür.

Qeyd edək ki, İtaliya A Seriyasının transfer pəncərəsi avqustun 19-da başa çatıb. (azərtac)