Tramp Avropadakı qoşun komandanlarını dəyişir


Digərləri 20 Avq 2018 11:37:00 206 0

Tramp Avropadakı qoşun komandanlarını dəyişir

ABŞ Prezidenti Donald Tramp ölkənin Avropadakı qoşunlarının komandanlığında dəyişikliklər etməyə hazırlaşır.

Son.az axar.az-a istinadən bildirir ki, bu iddia ilə "Uol Strit Jurnal" çıxış edib.

Məlumata görə, Tramp ABŞ Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Komandanlığına general-leytenant Riçard Klarkı təyin etmək niyyətindədir. Bu isə 70 mindən çox xüsusi təyinatlı, həmçinin "yaşıl beretli"lər və "Delta" qrupunun generalın sərəncamına verilməsi deməkdir.