Rusiyanın Azərbaycandakı yeni səfiri əsas hədəflərdən danışdı


Siyasət 20 Avq 2018 11:39:00 247 0

Rusiyanın Azərbaycandakı yeni səfiri əsas hədəflərdən danışdı

Rusiyanın Azərbaycandakı səfirliyinin yaxın müddət ərzində əsas hədəfi iki ölkənin dövlət başçıları arasında qurulmuş əlaqələrin praktiki məsələlərlə zənginləşdirilməsidir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Rusiyanın Azərbaycandakı yeni səfiri Mixail Boçarnikov mətbuat konfransında deyib.

O bildirib ki, hazırda gündəlikdə regionlararası əməkdaşlıq forumunun təşkili, eləcə də hökumətlərarası komissiyanın növbəti iclasının keçirilməsi dayanır.

Son.az