Səidə Sultan: Səhnədə “lülə” mahnıları oxuyan “manıs”lar və “civi”lər dəbdir


Şou-biznes 20 Avq 2018 10:50:00 332 0

Səidə Sultan: Səhnədə “lülə” mahnıları oxuyan “manıs”lar və “civi”lər dəbdir

Müğənni Səidə Sultan sosial media hesabındakı sərt sözləri ilə diqqət çəkib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, o, video paylaşaraq insanların və həmkarlarının zövqsüzləşdiyini qeyd edib.

"Heç vaxt demirdim, artıq deyirəm. Biz "qıjılaşmışıq". Kimin xətrinə dəyir, öz payına götürürsə, özü bilər. Çox heyf ki, musiqimiz də, davranışımız da, şəhərimiz də, o "qıjı"lara görə bərbad günə qalıb. Gəlin, bir günü "Qıjılar bayramı" elan edək", - deyə Səidə bildirib.

O, daha sonra "Instagram Live"da şou-biznesin artıq toyxanaya çevrildiyini deyib:

"Adamlar zövqsüzləşib. "Bambılı" musiqilərə qulaq asırlar. Kiməsə söz atmıram, faktı deyirəm. Düşük mahnılar dinləyirlər - "lələ", "lülə", "ay", "oy". Ayıbdır. Adama gülərlər. Onları da qınamıram, "bambılı" musiqiçilər o qədərdir ki... - "manıslar", "civilər".