Darina Moskalenko Dünya kubokunda fərqləndi


İdman 20 Avq 2018 10:47:00 333 0

Darina Moskalenko Dünya kubokunda fərqləndi

Azərbaycan triatlonçusu Darina Moskalenko İsveçrənin Lozanna şəhərində keçirilən Dünya kuboku yarışında 14-cü yeri tutub. İdmançımız həm də aktivinə reytinq balları yazdırıb.

Goal.az xəbər verir ki, Pevtsov yarışın 1500 metrlik su mərhələsini 20 dəqiqə 21 saniyəyə başa vurub. O, 40 kilometr məsafəyə veloyürüşü 1 saat 09 dəqiqə saat 37 saniyəyə qət edib. Yarışın sonuncu mərhələsi - 10 kilometr məsafəyə qaçış yarışlarında isə D.Moskalenko 37 dəqiqə 35 saniyəlik nəticə göstərib.

Ümumi hesablamada Darina 2 saat 08 dəqiqə 43 saniyə vaxt göstəricisi ilə 14-cü yerə layiq görülüb.

Turnirdə 53 idmançı mübarizə aparıb. Yarışın qalibi İsveçrəli Nikola Spiriq olub.