İnzibati icraçı vəzifələr üzrə keçirilən imtahanda uğur qazananların qeydiyyatına başlanılıb


Digərləri 20 Avq 2018 10:43:15 230 0

İnzibati icraçı vəzifələr üzrə keçirilən imtahanda uğur qazananların qeydiyyatına başlanılıb

İnzibati icraçı vəzifələr üzrə keçirilən imtahanda uğur qazananların qeydiyyatına başlanılıb.

Bakı. İlhamə İsabalayeva - İnzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə keçirilən test imtahanında müvəffəqiyyət əldə etmiş şəxslərin sertifikat əldə etmək üçün qeydiyyatına başlanılıb. Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün avqustun 18-də keçirilən test imtahanından müvəffəqiyyətlə keçən namizədlər sertifikat əldə etmək üçün avqustun 20-dən sentyabrın 4-dək https://eservices.dim.gov.az/dqq/Xidmet/CertReg keçidinə daxil olaraq müraciət formasını doldurmalıdırlar.