BirKartla taksitli alışveriş et,


Digərləri 20 Avq 2018 10:34:00 299 0

BirKartla taksitli alışveriş et,

Hər zaman müştərilərə müxtəlif aksiya və kampaniyalar təqdim edən Kapital Bank BirKart sahibləri üçün növbəti hədiyyəli aksiya keçirir.

Bankdan Son.az-a bildirilib ki, şərtlərə görə, taksitlə alış-veriş edən BirKart sahibləri 50 manatlıq hədiyyə kartı qazana biləcəklər.

20 oktyabr 2018-ci il tarixinədək davam edən aksiya çərçivəsində hər 50-ci taksit əməliyyatı edən müştəri avtomatik olaraq BirKart tərəfdaşlarında keçərli olan 50 manatlıq hədiyyə kartı qazanacaq. Müştərinin istəyindən asılı olaraq bu kart onun BirKart hesabına mədaxil olunacaq 50 manatla da əvəzlənə bilər.

Bu aksiya ilə paralel olaraq 15 sentyabr 2018-ci il tarixinədək partnyor mağazalar şəbəkəsində BirKart ilə taksit əməliyyatı edən müştərilər, həmçinin lotereyada iştirak edib, qiymətli hədiyyələr qazana bilərlər. Hər ay keçirilən tiraj zamanı 100 nəfər 50 manat pul, 10 nəfər 300 manatlıq ölkə daxili səyahət sertifikatı və 1 nəfər "iPhone X" əldə edəcək. 22 sentyabrda olacaq son tiraj zamanı isə 1 nəfər Milana 2 nəfərlik səyahət və 2 000 manat qazanacaq.