Türkiyə və Qətər arasında 15 milyard dollarlıq


Dünya 20 Avq 2018 10:38:00 264 0

Türkiyə və Qətər arasında 15 milyard dollarlıq

Türkiyə Respublikası Mərkəzi Bankından verilən məlumata görə, Qətərin Türkiyəyə qarşı 15 milyard dollarlıq sərmayə paketini həyata keçirmək qərarının ilk addımı atıldı.

Son.az bildirir ki, Türkiyə Respublikası Mərkəzi Bankı və Qətər Mərkəzi Bankı arasında ikitərəfli əməkdaşlığı inkişaf etdirmək məqsədilə Valyuta Mübadiləsi Müqaviləsi imzalandı.

Müqavilə Türkiyə Mərkəzi Bankının rəhbəri Murat Çətinkaya və Qətər Mərkəzi Bankının sədri Abdullah Bin Saud Əl-Thani tərəfindən imzalandı. Qətər Mərkəzi Bankında keçirilən imzalanma mərasimində hər iki ölkənin rəsmi şəxsləri iştirak etdilər.