Sabirabadda 1,5 kq-a yaxın narkotik dövriyyədən çıxarılıb


Digərləri 20 Avq 2018 10:27:16 212 0

Sabirabadda 1,5 kq-a yaxın narkotik dövriyyədən çıxarılıb

Sabirabadda 1,5 kq-a yaxın narkotik dövriyyədən çıxarılıb.

Bakı. Sabirabadda 1,5 kq-a yaxın narkotik dövriyyədən çıxarılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan Trend-ə bildiriblər ki, daxil olmuş məlumat əsasında Sabirabad rayon Polis şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Cəlilabad rayonu Közbulaq kənd sakini, əvvəllər məhkum olunmuş 37 yaşlı Səlim Ağayev saxlanılıb. RPŞ-nin əməkdaşları tərəfindən S.Ağayevin üzərinə keçirilən baxış zamanı onun əlindəki qutudan ümumi çəkisi 980 qram olan tiryək və 495 qram heroin aşkar edilərək götürülüb.