Aquero üçün əlamətdar oyun


İdman 20 Avq 2018 09:57:00 298 0

Aquero üçün əlamətdar oyun

Manchester City-nin hücumçusu Serxio Aquero İngiltərə Premyer Liqasının ikinci turunda Huddersfield-lə oyunda (6:1) het-trik edib.

Goal.az-ın məlumatına görə, bu, argentinalı forvardın Premyer Liqada sayca 9-cu het-trikidir. 

Bu nəticə ilə Aquero yalnız Alen Şirerdən geri qalır. Southampton, Blackburn və Newcastle-nin sabiq forvardının hesabında 11 het-trik var. 

Huddersfield-lə matçda 3 dəfə fərqlənməklə 30 yaşlı forvard İngiltərə birinciliyində vurduğu qolların sayını 140-a çatdırıb. Aquero yalnız Ruud van Nistelroydan (144 qol) geri qalmaqla Premyer Liqa tarixinin ən məhsuldar ikinci əcnəbisidir.