Kruiz gəmisindən suya düşən britaniyalı qadın 10 saat açıq dənizdə qaldı


Dünya 20 Avq 2018 09:17:00 235 0

Kruiz gəmisindən suya düşən britaniyalı qadın 10 saat açıq dənizdə qaldı

Böyük Britaniya sakini "Norwegian Star" kruiz gəmisindən suya düşdükdən sonra 10 saat Adriatik dənizində üzüb.

Son.az bildirir ki, Report-un "The Sun" nəşrinə istinadən verdiyi xəbərə görə, gəmi Varqalora limanından Venetsiyaya üzürmüş.

Qadın göyərtədən suya Xorvatiya sahillərindən təqribən 95 km aralıda yıxılıb. Onu ölkənin sahil mühafizəsinin əməkdaşları düşdüyü yerdən 1300 metr aralıda tapıblar.


Xəbərə aid fotolar