Rusiyada yük maşını ilə minik avtomobili toqquşub:


Dünya 20 Avq 2018 08:52:00 250 0

Rusiyada yük maşını ilə minik avtomobili toqquşub:

Rusiyanın Yəhudi Muxtar Vilayətində yük maşını ilə minik avtomobili toqquşub.

Son.az Trend-ə istinadən bildirir ki, toqquşma nəticəsində 3 nəfər həlak olub. Həlak olanlar minik avtomobilinin sürücüsü və iki sərnişin olub. Yük maşınının sürücüsü xəsarət almayıb.

Məlumata əsasən, yol qəzası avqustun 19-u "Çita-Xabarovsk" avtomobil yolunun 1880-cı kilometrində baş verib.