"Şirniyyatı sevirəm, kökəlmək də istəmirəm" deyənlər, mütləq oxusun


Digərləri 20 Avq 2018 01:30:00 297 0

"Şirniyyatı sevirəm, kökəlmək də istəmirəm" deyənlər, mütləq oxusun

Şirniyyatlar sahib olduqları kalori hesabına çəkini sürətlə artırır. Buna görə də bir çox insan şirniyyat qəbulunu azaltmağa çalışır. 

Son.az axşam.az-a istinadən şirniyyat sevən və eyni zamanda arıqlamaq istəyənlər üçün bəzi ipucları verir. Aşağıdakılara əməl etməklə nə çəkiniz artar, nə də özünüzü sevimli şirniyyatlardan məhrum etmərsiniz: 

1. Şirniyyatlarınızı yüngülləşdirin - sevdiyiniz şirniyyatın 1 porsionunun yarısını yeyin. Beləliklə, həm şirniyyat yeyərək şəkər ehtiyacınızı ödəyirsiniz, həm də daha az kalori alırsınız.

2. Daha sağlıqlı şirniyyat seçimlərini edin - İçərisində kişmiş olan şirniyyatlardan uzaq durun, çünki onun bir porsionu 500 kaloridir. Onun əvəzinə şirniyyat istəyinizi yatırtmaq üçün daha az kalorili, daha sağlıqlı şirniyyatlar seçə bilərsiniz. Banan, yoqurt və şokolad qırıntılarından edə biləcəyiniz bir porsion şirniyyat orta hesabla 150 kaloridir və sizin üçün çox sağlıqlı bir alternativ olacaq.