Yalçın Rzazadəni diləndirmək, Səmədin cavan qız axtarması, Zülfiyyənin qayıdışı və "Təhminə"ni gözdən salmaq


Şou-biznes 20 Avq 2018 00:45:00 274 0

Yalçın Rzazadəni diləndirmək, Səmədin cavan qız axtarması, Zülfiyyənin qayıdışı və "Təhminə"ni gözdən salmaq

Son.az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (185-ci say) təqdim edir.

Ötən həftə yenə şərhlərdə kimsə yazmışdı ki, qələmi korşalıb. Dostlar, mən jurnalistəm, kriminal avtoritet, yaxud məmur deyiləm ki, kimlərəsə göstəriş verim. Gücüm yazmağa çatır, yazıram. Özü də yetərincə həqiqətləri, hətta bəzən çoxlarının bilmədiklərini yazıram. Başa düşürəm, sizin şou adamlarına haqlı nifrətiniz var və bu da təbiidir. Ancaq sonucda onların da haqqı var və kimisə təhqir edə bilmərəm. Tənqidin isə ən son mərhələsinə qədər varam. Keçək mövzulara...

Xalq artisti Yalçın Rzazadənin vəziyyəti ağırdır. Özüm şəxsən danışmışam. Deyir ki, ürəyində ciddi problem olduğu üçün böyrəyindəki daşla bağlı əməliyyata da girə bilmir. Həm maddi çətinlik ucbatından, həm də sağlamlığı əl vermir. Ömür boyu qürurlu, şux gördüyüm kişi ağladı... Bəlkə də mədəniyyətimizin gününə, bəlkə də öz halına. Deyir ki, ömür boyu bir toya getmədən gəncliyimi, ömrümün əlli ilini səhnəyə, xalqıma həsr etmişəm. Bu gün isə müalicə xərclərimin bir hissəsini türk dostu ödəyir. Mədəniyyət Nazirliyi də sənətkara yaxşı məsləhət verib. Deyiblər ki, dövlət sənə üç ev verib, get sat, kirayə ver dolan. Sənətkar da and-aman edir ki, dövlət ona heç vaxt üç mənzil verməyib. Kişi açıq-aşkar deyir ki. ümid qalıb papağını bulvarda qoyub dilənməyə. Çox istərdim ki, ötən həftə Şəbnəm Tovuzlunun başına dollar səpən oğlanlar sənətkarın səsini eşitsinlər, ona köməklərini əsirgəməsinlər. Onsuz da mədəniyyətimiz ağır xəstədir, ölüm yatağındadır. Bəlkə belə sənətkarları qorumaqla sənətin də ömrünü azda olsa, uzatmaq olar. Bəlkə...

Xalq artisti Zülfiyyə Xanbabayeva "Yenə gəl" adlı mahnı yazdırıb. Əslində, bu mahnını Zülfiyyə xanım özünə ithaf etsəydi, daha məntiqli olardı. 1988-ci ildən səhnədədir, bu müddət ərzində qısa fasilələrlə səhnədən 2018 dəfə ayrı düşüb. Sonra da qınayırıq ki, meydan bayağı ifaçılara qalıb. Vallah, məscidin də axundu olmayanda iki-üç ərəb hərfi bilən çıxıb moizə oxuyur. Deməli, postu boş qoymaq olmaz.

Əlixan Səmədov Bakıdadır. Efirlərdən birində qonaq idi. Çox ibrətamiz fikirlər səsləndirdi: