Böyük şəhərlərin yerində nəhəng


Digərləri 19 Avq 2018 23:54:00 281 0

Böyük şəhərlərin yerində nəhəng

Qlobal istiləşmə güclü sunamilərin sayını artıracaq, indi təhlükəsiz, qoruma altında hesab edilən ərazilərdə böyük dalğalar yaranacaq.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, ABŞ-ın Virciniya ştatının Politexnik Universitetinin alimləri Çinin və Makaonun  gələcək taleyini araşdırıb.

Alimlərin fikrincə, ərazinin təhlükəli hesab edilməsi üçün  8,8 bal gücündə zəlzələ olmalıdır. Ancaq buna baxmayaraq, 2060-cı ildə dəniz səviyyəsi yarım metr arta bilər ki, bu da böyük dalğalar riskini 2 dəfə artırır. 2100-cü ildə isə su 1 metr qalxdığı zaman təhlükə 4,7 faiz artacaq.

Təhlükənin əsas mənbəyi Manila çökəkliyi, Cənubi Çin dənizinin dibində, iki tektonik plitənin toqquşması nəticəsində ortaya çıxan əhəmiyyətli çatlaqdır. Bu, çoxsaylı zəlzələlərə səbəb olur. Bu ərazilərdə zəlzələnin gücü 7,8-dən çox olmayıb (bu fəlakət 1560-cı illərdə baş verib). Ancaq önümüzdəki onilliklərdə və kiçik zəlzələlər qatil dalğalara səbəb olmaq üçün yetərli olacaq - bu, kompüter simulyasiyası ilə təsdiqlənir.