Şükür edənlər, ləzzət alanlar, sevənlər, ariflər –


Digərləri 19 Avq 2018 23:50:00 369 0

Şükür edənlər, ləzzət alanlar, sevənlər, ariflər –

İxlasın müxtəlif dərəcə və mərtəbələri vardır.

1. Şükür edənlərin mərtəbəsi. Şükür edənlər o kəslərdir ki, Allaha pərəstiş edir və ibadət edirlər ki, sonsuz nemətlərin şükrünü əda edə bilsinlər. "Və (dil, əməl və ya təbiətinizlə) Ondan istədiyiniz hər bir şeydən sizə əta etdi. Və əgər Allahın nemətlərini saysanız, sayıbhesablaya bilməzsiniz. Həqiqətən insan çox zalım və nankordur". ("İbrahim" 34).

2. Müqərrəbinlərin mərtəbəsi. Son.az deyerler.org-a istinadən bildirir ki, müqərrəbinlər o kəslərdir ki, Allaha yaxınlaşmaq üçün Allaha pərəstiş edərlər.

3. Həya əhlinin mərtəbəsi. Onlar elə insanlardır ki, onların itaət və ibadətdəki hədəfləri - Allahdan həya etməkdir. Çünki Allahın onların daxilindən xəbərdar olduqlarını yaxşı bilirlər. Ona görə də həya edirlər.

4. Ləzzət əhlinin mərtəbəsi. Bu insanlar o kəslərdir ki, İlahi ibadət və itaətdən həddən artıq ləzzət alırlar və bu ləzzəti dünya ləzzətləri ilə müqayisə etmək olmaz. İmam Sadiqdən (ə) nəql edirlər: "Allah buyurur: "Ey, Mənim sadiq bəndələrim! Dünyada Mənim ibadətimdənbəhrələnin ki, tezliklə axirətdə ona görə bəhrə aparacaqsınız"".