Elmar Qasımov Avropa açıq çempionatının qalibi olub


Sosial 19 Avq 2018 23:33:18 267 0

Elmar Qasımov Avropa açıq çempionatının qalibi olub

Onun şərəfinə dövlət himnimiz səsləndirilib

Belarusun paytaxtı Minsk şəhərində cüdo üzrə Avropa açıq çempionatına yekun vurulub.

“Report” xəbər verir ki, beynəlxalq turnirin ikinci günü millimiz üçün uğurlu olub.

100 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Elmar Qasımov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Cüdoçumuza Minsk turnirinin qızıl medalı təqdim edilib və onun şərəfinə dövlət himnimiz səsləndirilib, üç rəngli bayrağımız qaldırılıb.

Qeyd edək ki, 40 ölkədən 390 (272 kişi, 118 qadın) cüdoçunun qüvvəsini sınadığı Avropa açıq çempionatında Azərbaycan millisi 12 (4 kişi, 8 qadın) cüdoçu ilə təmsil olunub. Yarışın ilk günü qadın cüdoçumuz Ayşə Qurbanlı bürünc medala layiq görülüb.