“Vikipediya” geyim istehsal etməyə başladı


Digərləri 19 Avq 2018 23:25:00 276 0

“Vikipediya” geyim istehsal etməyə başladı

Onlayn-ensiklopediya olan Vikipediya sosial məsuliyyət layihəsi çərçivəsində Amerikanın geyim markası ilə əməkdaşlığa başlayıb. Şirkətlərin əməkdaşlığı nəticəsində satışlardan əldə edilən gəlir xeyriyyə işlərinə xərclənəcək.

Son.az facemark.az-a istinadən bildirir ki, geyim markası "Advisory Board Crystals" və "Vikipediya" üzərində tematik yazılar olan, unikal ağ uzun qol köynəklər hazırlayıblar.

Köynəyin içərisində brendin loqosu, kürəkdə isə "Internet Master" yazısı ilə "Vikipediya"nın loqosunu görmək olar. Satışda olan yeni köynəkləri əldə etmək üçün isə 85 dollar ödəməli olacaqsınız.


Xəbərə aid fotolar