Əfqanıstan prezidenti “Taliban”la atəşkəs elan etdi


Dünya 19 Avq 2018 23:18:00 259 0

Əfqanıstan prezidenti “Taliban”la atəşkəs elan etdi

Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani Qurban bayramı ilə əlaqədar "Taliban" yaraqlılarına qarşı atəşkəs elan edib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Əfqanıstan prezidenti Twitter səhifəsində yazıb.

1TV telekanalı xəbər verir ki, "Taliban" rəhbərliyini uzunmüddətli və etibarlı sülh üçün əfqanların istəklərini nəzərə almağa səsləyən Məhəmməd Əşrəf Qani atəşkəs elan etməklə yanaşı, onları İslam dəyərləri və prinsipləri əsasında sülh danışıqlarına da çağırıb.