Barmaq əmmək zərərlidirmi?


Digərləri 19 Avq 2018 23:20:00 386 0

Barmaq əmmək zərərlidirmi?

Yeni doğulan körpələr barmaq əmməyi ana bətnində öyrənmişlər. Çox zaman ultrasəs müayinəsində körpələrin barmaqlarını əmdiyi görülür. Körpələrin doğuşdan sahib olduqları ən güclü reflekslərdən biri əmmə refleksidir. Nadir olaraq yeni doğulan bəzi körpələrin barmaq, ya da biləklərində görülən qabarcıqlar bunun nəticəsidir.

Barmaq əmmək körpələri sakitləşdirən və stresslərinin keçməsinə kömək edən bir vəziyyətdir. Bəzi ailələr bu məsələyə fikir vermir, lakin bir çoxları Ziqmund Freydin "Uşaqcasına cinsilik" nəzəriyyəsinə əsasən buna mane olmağa çalışırlar.

Əslində barmaq əmmək körpələri həqiqətən rahatlaşdırır. Bunun bir refleks olduğu bilinir. Ancaq barmaq əmmənin dişlərə zərər verdiyi də məlumdur. Bəs bu vərdiş nə vaxt və hansı şərtlər altında ziyandır?

Əmmə funksiyası yeni doğulmuş uşaqlarda çox qüvvətlidir. Barmaq əmmə və dil əmmə vərdişləri ilk il yarımda normaldır və ümumiyyətlə, 2 yaşdan sonra olmur. Ancaq barmaq əmmə, ya da əmzik əmmə vərdişi davam etsə, hələ inkişaf etməkdə olan əzələ və sümük strukturlarına təzyiq edərək dişlərin yer dəyişdirməsinə gətirib çıxarar. Bu vəziyyətdə üst ön dişlər önə, alt ön dişlər isə geriyə doğru əyilər, alt və üst ön dişlər arasında açıqlıq anomaliyası meydana gəlir.

Barmaq əmmək zərərlidirmi? Vərdiş buraxılsa, bu açıqlıq bağlanar. Lakin yaranan bu açıqlığa udqunma anında dilin girməsi söz mövzusu ola bilər və bu daha da şiddətlənər. 3.5 yaşından sonra barmaq əmmə vərdişi hələ davam edirsə, bu hal daha da artar. Barmaq əmmə vərdişi gecə yatarkən də davam etsə, daha təsirli olar və bunun nəticəsində üst çənədə darlıq (V şəklində bir çənə qövsü) meydana gəlir.

Barmaq əmmənin dişlərə təsiri yaşa və barmaq əmmənin dərəcəsinə görə dəyişir. Körpəlik dişləri üzərində çox da zərərli birtəsiri olmadığı deyilir. Ancaq uşaq 6 yaşını keçdikdən sonra, süd dişlərinin töküldüyü və daimi dişlərinin çıxdığı  zaman  barmağını əmməsi dişlərin çıxmasına təsir edə bilir. Buna görə də dişlər çıxması lazım olan istiqamətdə deyil, fərqliistiqamətlərdə inkişaf edə bilər.

Barmaq əmmə vərdişinə qarşı ən sağlam yanaşma əmmə instinktinin çoxaldığı dövrdə körpəyə əmzik verməkdir. Əmzik barmaq əmmə vərdişindən daha asan tərgidilə bilər.

Bu vərdişin xüsusilə məktəbə gedən uşaqlarda məsxərə mövzusu olmasına fürsət verməyin. Bu hərəkəti tərgitməsi üçün doğru zamanı seçin vəinadkar olun. Əgər ona təzyiq etməklə tərgitməyə çalışsanız, vərdişə daha çox meyl etməsinə səbəb olarsınız.

Bu vərdişi tərgitməyə çalışdığı halda onu tərifləyib mükafatlandırın.