Uşağa hansı yaşdan sonra xarici dil öyrədilməlidir? –


Digərləri 19 Avq 2018 22:45:00 294 0

Uşağa hansı yaşdan sonra xarici dil öyrədilməlidir? –

Bu gün uşaqlara kiçik yaşlarından xarici dil öyrətmək dəb halını alıb. Atalar sözündə deyildiyi kimi, "Yar məni alverdə görsün" məsələsidir, yoxsa düşünülmüş addımdır. Bəzi mütəxəssislər bildirirlər ki, bu uşağın gələcək inkişafı üçün müsbət haldır. Gələcəkdə əcnəbi dili çətinlik çəkmədən, rahat öyrənə biləcək. Lakin uşaq psixoloqları bunun mənfi tərəflərini də nəzərdən qaçırmırlar. Araşdırmalara görə, iki dildə danışan ailələrin uşaqlarında nitqdə qüsurlar ola bilər.

Hazırda üstünlük ingilis dilinə üstünlük verilir. Çünki bu dil dünyada qəbul edilən bir neçə dildən biridir və gələcəkdə də uşaq bu dildən faydalana bilər. Lakin valideynlər bir nüansı da unutmamalıdırlar ki, uşağın tez qavraması üçün onun  temperamentinə uyğun dil seçilməlidir.

- Uşağın orijinal şəxsiyyət kimi yetişməsi üçün yapon dili öyrədilməsi məsləhətdir. Heroqliflərin yazılış qaydasını yadda saxlamaq üçün uşağın beynində hər iki yarımkürə aktiv inkişaf edəcək.

- Uşaq musiqiyə meyillidirsə, çin dilinin öyrədilməsi məsləhətdir. Bu dil beyinin sağ yarımkürəsinin cavabdeh olduğu musiqi qabiliyyətini  artırmaqda ona kömək olacaq. Dilçilərin fikrinə əsasən, məhz çin dili gələcəkdə aparıcı dil olacaq.

- Ünsiyyətcil uşağa fransız və ya ispan dili öyrətmək daha uyğundur. Uşağınız məntiqli düşünürsə, alman dili onun seçimi ola bilər.