Sağlamlıq və emosiyalar


Digərləri 19 Avq 2018 22:35:00 252 0

Sağlamlıq və emosiyalar

Bizim hər bir emosiyamız beynin müəyyən sistemini fəallaşdırır, hərəkəti dəyişməyə, yeni vəziyyətə uyğunlaşmağa yönəldir. Məsələn, qorxu hissi bizdə "qaçmaq" fikrini oyadır: qanda adrenalin ayrılır, ürək əzələsinin, tənəffüs sisteminin işi güclənir, arterial təzyiq yüksəlir, nəbzin vurması sürətlənir, maddələr mübadiləsi orqanlarının işi zəifləyir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Çarlz Darvin təkamül müstəvisində emosiyaları səciyyələndirərkən onların instinkt davranış formaları ilə əlaqəsindən danışıb. Bizim bədənimiz istənilən emosiyaya cavab verir. Deməli, daxilən keçirdiyimiz halların səhhətimizə müsbət və ya mənfi təsirində təəccüblü heç nə yoxdur.

Emosiyaları boğmaq sağlamlığa təsir edə bilər. İnsanın öz emosiyasını boğması böyük qüvvə sərf edərək iri topu su altında saxlamağa bənzəyir. Biz emosiyalarımızı gizlətmək məqsədilə həddən ziyadə səy göstəririk, buna baxmayaraq emosiyalar "azadlığa" buraxılır, özü də müxtəlif xəstəliklərin əhatəsində.