Yaponlar ayaqqabı qoxusundan əziyyət çəkir:


Digərləri 19 Avq 2018 22:25:00 300 0

Yaponlar ayaqqabı qoxusundan əziyyət çəkir:

"Panasonic" şirkəti ayaqqabıdan qoxuların aradan qaldırılması üçün "MS-D100" adlı "ağıllı" təravətləndirici qurğu hazırlayıb.

Son.az facemark.az-a istinadən bildirir ki, şirkətin sayında yer alan məlumata görə, yeni qurğu xoşagəlməz qoxuya qarşı həssas olan Yaponiya bazarında satılacaq. Şirkət məhz MS-D100 satışına güclü qoxuya yaponların kəskin münasibətinə görə, Yaponiyadan başlayacaq.

Ölkədə, hətta kəskin qoxunu cəmiyyətdə yaratdığı narahatlığı ifadə edən "smell harassment" adlı termin də mövcuddur. "Panasonic"in yeni məhsulu məhz bu suallar üzərində narahat olan istifadəçilərə hesablanıb. Qurğunu işə salmaq üçün onu ayaqqabının içinə bərkitmək və seçilmiş saatdan, məsələn 5-7 saat belə vəziyyətdə qoymaq lazımdır.


Xəbərə aid fotolar