Türkiyədə zəlzələ oldu


Dünya 19 Avq 2018 22:07:00 198 0

Türkiyədə zəlzələ oldu

Türkiyənin Kahramanmaraş vilayətində Ankara vaxtı ilə saat 18:22-də Rixter cədvəli üzrə 4,8 bal gücündə zəlzələ baş verib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yeraltı təkanların episentri Andırın rayonunda qeydə alınıb. Zəlzələ ətraf rayonlarda da hiss olunub. Yeraltı təkanları təlaşla qarşılayan əhali bir müddət küçə və meydanlarda qalıb.