Qurbanlıq heyvanların satışında canlanma


Digərləri 19 Avq 2018 21:06:00 305 0

Qurbanlıq heyvanların satışında canlanma

Müqəddəs Qurban bayramı ilə əlaqədar qurbanlıq heyvanların satışında canlanma müşahidə olunur.

Bakıya isə heyvanlar kütləvi şəkildə bölgələrdən gətirilir.Tovuzda xırdabuynuzlu heyvan saxlayanlar deyir ki, bir neçə gün əvvəldən heyvan almaq üçün müraciət edənlər var. Bu günlərdə isə alıcı daha da çoxalıb. Maldarlıqla məşgul olan fermerlər elə həyətdə satış edirlər. Təsərrüfat sahibləri bildirir ki, məslə qurbanlıqla baglı olduğuna görə heyvanlar Allah yolunda kəsiləcəyinə görə qiymətlər də bazar qiymətindən aşağı olur.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, tovuzlu fermerlər bu il sifarişə uyğun Bakı, digər şəhər və rayonlara heyvanlar aparıb satırlar.Əksər təsərrüfat sahibləri isə sifarişləri yerlərdə qəbul edirlər. Paytaxta heyvan kəsimi məntəqələrindən sahibkarlar özləri gəlib təsərrüfat sahələrində qurbanlıq heyvanlar seçirlər.

Paytaxtdakı satış yerlərinə Tovuzla yanaşı digər rayonlardan daheyvanlar aparılır.

Qurban bayramı ərəfəsində Bərdəli təsərrüfat sahibləri də heyvanlarını satmağa başlayıblar. Burda da qiymətlər bazar qiymətindən aşagıdır.


Xəbərə aid video