Bakı küçələrini xüsusi texnikalar təmizləyəcək VİDEO


Digərləri 19 Avq 2018 21:09:00 256 0

Bakı küçələrini xüsusi texnikalar təmizləyəcək  VİDEO

Onlar havaların isti və soyuq keçdiyi vaxtlarda daha çox əziyyət çəkməli olurdular.Yüksək sürətli yollarda isə həyatları təhlükə qarşısında qalırdı.

Artıq Bakı küçələrini xüsusu maşınlar təmizləyəcək.Bu isə yollarda təmizlik işi aparan süprəgəçilərin işini daha da rahatlaşdıracaq.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, ilkin mərəhələdə Rusiya şirkətlərindən birindən 5 ədəd kommunal-yol maşınlarının alınması ilə bağlı razılığa gəlinib. Artıq həmin maşınların bir neçəsi Azərbaycana yola salınıb.

"Kamaz-65115" şassisində quraşdırılmış bu maşınlar möhkəm örtüklü asfalt yollarda xidmət üçün nəzərdə tutulub və heç bir mövsümi məhdudiyyətləri yoxdur. Bu maşınlardan həm şəhər, həm də şəhərətrafı yollarda istifadə etmək mümkündür. Qış aylarında bu texnika vasitəsilə şəhər küçələrini qardan təmizləmək olur. Həmçinin yeni texnika ilə yola duz və maye dəsəpmək mümkündür.


Xəbərə aid video