Putini daha bir toya çağırdılar FOTO


Dünya 19 Avq 2018 20:47:00 260 0

Putini daha bir toya çağırdılar  FOTO

Berlində Rusiya prezidenti Vladimir Putinin keçmiş kansler Gerhard Şröder (1998-2005) və Koreya Respublikası vətəndaşı Kim So Yonun toyunda iştirak üçün Almaniyaya gələcəyini istisna etmirlər.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə Bild qəzeti yazıb.

"Putin yenidən Almaniyaya gələ bilər, düzdür, şəxsi qaydada. Berlində şaiyələr gəzir ki, oktyabrda o, dostu Gerhard Şröderin toyunda iştirak edə bilər", - deyə, nəşr yazıb.

Qəzetin məlumatına görə, nikah mərasimi oktyabrın 5-də keçiriləcək və Berlinin mərkəzində Adlon hotelində baş tuta bilər.


Xəbərə aid fotolar