“Odnoklassniki”dən futbol azarkeşləri üçün –


Digərləri 19 Avq 2018 20:35:00 372 0

“Odnoklassniki”dən futbol azarkeşləri üçün –

"Odnoklassniki" (OK.ru) futbol üzrə İtaliya çempionatının bütün mövsümünü göstərən ilk sosial şəbəkə olacaq.

Son.az facemark.az-a istinadən bildirir ki, platforma pulsuz translyasiya haqqında "Telesport" şirkəti ilə razılığa gəlib.

Sosial şəbəkənin mətbuat xidmətindən bildirilib ki, OK çempionatın birinci turunda olacaq 8 matçdan 5-ni yayımlayacaq. Amma istifadəçilər ikinci turun bütün matçlarına baxa biləcəklər. Translyasiya, həmçinin "Сила" telekanal qrupunda da əlçatan olacaq. Sosial şəbəkənin videolisti, həmçinin başqa internet resurslarda da yerləşdiriləcək. İdman reportajlarını Vladimir Stoqnienko, Kiril Dementyev, Aleksey Andronov və s. kimi Rusiyanın məşhur şərhçiləri edəcəklər. Azarkeşlər bu dəfə Rusiyanın ən güclü futbol analtiklərindən biri hesab olunan Vadim Lukomskini ekspert rolunda görəcəklər.


Xəbərə aid fotolar