Mingəçeviridə ilanlar evlərə soxulur VİDEO


Digərləri 19 Avq 2018 20:37:00 325 0

Mingəçeviridə ilanlar evlərə soxulur  VİDEO

İlanlar evlərə soxulur.

Sürünənlər Mingəçevirin turbaza adlanan ərazisində məskunlaşanməcburi köçkünləri narahat etməyə başlayıb. Sakinlər öz yaşadıqları evdə uzunluğu 1 metr-dən artıq olan ilanı azyaşlı körpəyə hücum edən zaman öldürüblər.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, ev sahibinin sözlərinə görə, yay aylarında həyətdə ilanlar daha çox gözə dəyir.İlanlar hər an sakinlərə zərər vura bilər. Ərazidə yaşayanlar havaların nisbətən soyumasına baxamyaraq ilanların yaşadıqları məkandan əl çəkmədiklərini deyirlər.

Sakinlər sürünənlərdən qorunmaq üçün pəncərə, qapıya yaxın hissələrə müxtəlif alətlər qoyublar.

Məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət olunub.


Xəbərə aid video