Lənkəranda bədbəxt hadisə


Digərləri 19 Avq 2018 20:28:00 296 0

Lənkəranda bədbəxt hadisə

Lənkəran sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Lənkəran rayon Hirkan qəsəbə sakini 48 yaşlı Quliyev Teymur Aləmşah oğlu ot biçərkən ürəktutmasında yerə yıxılıb.

Yıxılarkən onun əlində olan dəryaz sinəsinə batıb. Köməksiz vəziyyətdə qalan T.Quliyev hadisə yerində keçinib. Dünyasını dəyişən T.Quliyevin epilepsiya xəstəsi olduğu bildirilir.

Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədir.

Faktla bağlı rayon prokurorluğunda araşdırmalara başlanıb.


Xəbərə aid video