İpək köynək necə yuyular?


Digərləri 19 Avq 2018 20:15:00 325 0

İpək köynək necə yuyular?

İpək, olduqca zərif bir parçadır. Bu səbəbdən həm istifadə edərkən həm də təmizləyərkən diqqətli olmaq lazımdır. Həm qəşəng, həm də zərif görünüşləri xüsusilə yaz mövsümünün əvəzolunmazı olan ipək köynəklərin mövsümü yaxınlaşır. İpək köynəyinizi paltaryuyan maşın əvəzinə əlinizdə yuyaraq parçanın ömrünü uzada bilərsiz. İpək köynək əldə necə yuyulur? İlıq suyla yumalısınız. Kimyəvi sabun və ya uşaq şampunu istifadə etməlisiniz. Yüngül hərəkətlərlə yumalısınız. Yumadan sonra yaxalama suyuna bir neçə damcı ağ sirkə qoysanız köynək sabun qalıqlarından təmizlənəcək. İpəkliyini qorumaq üçün suya bir neçə damcı saç kremi, balzam damcılada bilərsiz. Sonra ilıq su ilə yaxalayın. Paltar suyu, sərt yuyucu vasitələr, ya da ağardıcılar istifadə edilməməlidir. Birbaşa günəş işığında qurudulmamalıdır. Köynəyi hələ qurumamış buxarsız orta temperatur ütüylə ütüləyə bilərsiniz. Ətir və ya dezodorantı köynəyinizi geymədən əvvəl istifadə edin və bədəninizin quru olduğundan əmin olun. Beləliklə, köynəyinizdə ləkə əmələ gəlməyəcəkdir. Əldə yumaq istəməsəz quru təmizləməyi seçim edə bilərsiniz. Son.az