Dəcəl uşaqla necə davranılmalı?


Digərləri 19 Avq 2018 20:20:00 263 0

Dəcəl uşaqla necə davranılmalı?

Bu vəziyyətdə ailənin etməsi lazım olan gün içində uşağa nələr edəcəyini açıq və dəqiq şəkildə izah etməkdir. Hansı davranışı etdiyində nəticəsində nə olacağını uşağa əvvəldən söyləyərək, ona seçki haqqı tanıması lazımdır. Beləcə uşaq həm qərarını verəcək, həm də məsuliyyətli olacaq, özünü yetkin kimi hiss edəcək. Yaramaz davranışlarından bu sayədə sıyrılması, təqdir edildikcə yetkin kimi davranması gözlənəcək.

Əsəbi, təcavüzkar və yaramaz bir uşağınız var? Ona necə davranmalı və onunla necə danışmanız lazım olduğunu bilirsiniz?

Biz anaların ən böyük çətinliyi yaramaz uşaqla baş etməkdir. Təcavüzkar, əsəbi, kobud davranışları olan uşaqları anlamaq və bu davranışları çox geç olmadan dəyişdirmək üçün onlara köməkçi olmaq çox əhəmiyyətlidir.

Uşaqlar niyə dəcəllik edir? Bunu hara qədər normal qəbul etmək, nə vaxt psixoloq dəstəyi almaq lazımdır, uşağı cəzalandırmaq doğrudurmu?

Psixoloq Berna Akpınar açıqlayır...

Uşaqlarda dəcəlliyin səbəbləri?

Uşağın hər hansı bir yalnış etdiyində ailənin səhvi bu hərəkətlərin ötəri olduğu düşünməsidir. Uşağın xarakterinin meydana gəlməsində ailənin çox böyük əhəmiyyəti var. Ailənin addımları səhv olduqda uşaqda istənməyən davranışlar biruzə verir.

"Dəcəllik" dediyimiz bəzi davranışlar, uşağın təcavüzkar olduğu davranışlardır. Qırıb tökmə, vurma, itələmə kimi davranışlar, uşağın çölə yönəltdiyi təcavüzkar hərəkəətləridir. Bir də ana, ata və uşaq arasında etibarsızlıq problemi uşağın təcavüzkar davranmasına yol aça bilər. Uşaq kiçikkən, ana və atayla etibarlı bir bağlanma yaşaya bilməmişdir, bu problem inkişaf dövrlərində böyüyür.

Hansı vəziyyətlərdə uşaq daha dəcəl ola bilər?

Uşağın dəcəllik etmə səbəblərindən biri ana və atadan birinin yanında olmaması və ya valideynlərdən biri evə davamlı gec gəlməsidi.

Valideynləri ayrı olan ailələrdə nənə kimi bəzi ailə üzvlərinin olmaması da uşaqların psixologiyasına mənfi təsir edə bilər. Uşaq özünü tək hiss edər və bu da ətrafa qarşı bir hücum olaraq ortaya çıxır. Ya da tam tərsi içəriyə qarşı hücum olaraq dırnaq yemə, barmaq əmmə kimi davranışlarla özünü göstərə bilir.

Xüsusilə boşanmış cütlərdə uşaq valideynlərindən birini daha az gördüyü üçün diqqəti cəlb etməyə çalışmaq üçün dəcəllik edir. Şiddət görən ailələrin uşaqlar dəcəllik etməyə daha meylli olur.

Dəcəllik edən uşaqla necə danışmaq lazımdır?

6 yaş  uşaqlarla böyük bir yetkinmiş kimi danışma, şərh etmə şansınız var. Amma daha kiçikkən nə qədər açıq izah etsəniz izah edin, uşaqlar üçün bəzi şeylər çox mücərrəd qalar. Bu vəziyyətdə uşaqlara hekayələr izah etmək ünsiyyəti asanlaşdırar və daha tez anlamalarını təmin edər. Məsələn, dəcəllik edən uşaq mövzulu bir hekayə uydura bilərsiniz. Bu hekayənin nəticələrini də uşağa izah edib ona dəcəllik olaraq qəbul edilən davranışları etməməsi lazım olduğunu hekayə üzərindən çatdıra bilərsiniz. Heç bir zaman onun etdiyi davranışı birbaşa olaraq "sənin etdiyin bu davranış çox səhv" şəklində izah etməməlisiniz. Hekayədəki uşağın etdiklərinin nəticəsində xoşbəxt olmadığını göstərərək uşağınıza bilvasitə yoldan izah etmək daha yaxşıdır.

Uşaqlar hər şeyi başa düşür